boolood

Avangart Tabldot

23 Yanvar, 2027, 16:00 /

Sifariş zamanı maksimum bilet sayı: Ön Satış - 1, GA Zona - 4, Backstage - 4.
Ön Satış: GA Zona + Transfer
20 AZN
BİTİB
1-ci Səbət / GA Zona
30 AZN
1-ci Səbət / GA Zona + Transfer
40 AZN
Backstage
100 AZN
Backstage + Transfer
110 AZN
Masalar üçün WhatsApp vasitəsilə əlaqə saxlayın: +994502708888

Tədbir haqqında


ŞAHDAĞ BİZİ YENİDƏN BİR ARAYA GƏTİRİR.

Yanvarın 23-də Şahdağ Main Plaza-da Avangart Tabldot ilə sizləri gözləyirik.

Xizəkləri kənara qoyuruq. Ritmə qoşuluruq.

Tədbir qaydaları

Tədbirə qatılan hər kəs üçün təhlükəsiz, xoş və hörmətli bir mühit təmin etmək məqsədilə aşağıdakı qaydalar tətbiq olunur. Tədbirə qatılmaqla bu şərtlərə riayət etməyə razılıq verirsiniz:

1. Giriş və Şəxsiyyət Vəsiqəsi

Qapıda gender balansı və face control tətbiq olunacaq. Biletinizin olması tədbirə girişə tam zəmanət vermir. Əgər tədbirə buraxılmasanız, təşkilatçı ilə əlaqə saxlayaraq bilet məbləğini 48 saat ərzində geri tələb edə bilərsiniz.

Təşkilatçı qaydaların pozulması və ya qeyri-etik davranış hallarında geri ödənişsiz olaraq girişə icazə verməmək hüququnu özündə saxlayır.

Bilet yalnız bir dəfə giriş üçün keçərlidir. Tədbir məkanından çıxdıqdan sonra yenidən girişə icazə verilmir.

2. Yaş Məhdudiyyəti

Tədbirə yalnız 18 yaşdan yuxarı şəxslər buraxılır. 18 yaşdan aşağı şəxslər, valideynləri ilə birlikdə və biletli olsa belə, tədbirə buraxılmayacaqlar.

Yaş təsdiqi üçün girişdə etibarlı fotoşəkilli şəxsiyyət vəsiqəsi tələb olunur.

3. Geyim Qaydası

Tədbirdə sərbəst geyim üslubu tətbiq edilir. Geyim qaydalarına riayət etməyən şəxslərin girişinə icazə verilməyə bilər.

4. Qadağan Olunmuş Əşyalar

Aşağıdakı əşyaların tədbirə gətirilməsi qəti qadağandır:

Silahlar və kəsici alətlər

Qanunsuz maddələr

Kənardan gətirilən qida və içkilər

Peşəkar foto və video avadanlıqları (icazə verilmədiyi təqdirdə)

Təhlükəli və ya narahatlıq yarada biləcək hər hansı əşya

5. Davranış Qaydaları

Digər qonaqlara, işçi heyətinə və ifaçılara hörmətlə yanaşın.

Aqressiv, qeyri-etik və ya ayrı-seçkilik yaradan davranış geri ödənişsiz olaraq dərhal tədbirdən uzaqlaşdırılma ilə nəticələnəcəkdir.

6. Məsuliyyət

Təşkilatçı itirilmiş, oğurlanmış və ya zədələnmiş şəxsi əşyalar üçün məsuliyyət daşımır.

Hər bir iştirakçı öz hərəkətlərinə və şəxsi əşyalarına tam məsuliyyət daşıyır.

7. Tədbir Dəyişiklikləri

Təşkilatçı gözlənilməz hallar səbəbindən proqramda, çıxış edənlər siyahısında, vaxt cədvəlində və ya tədbirin formatında dəyişiklik etmək hüququnu özündə saxlayır.

8. Tədbirə Girişlə Siz:

Tədbir Qaydaları, eləcə də Məxfilik Siyasəti, Geri Qaytarma Siyasəti və Ləğvetmə Siyasəti ilə razı olduğunuzu qəbul edirsiniz.